Azərbaycan

Təbrizdə işçilər etiraz aksiyası keçirib

Təbrizdə yerləşən “İran maye” şirkətinin işçiləri etiraz aksiyası keçirib. Onlar qeyri-müəyyən iş şəraitlərindən narazılıqlarını bildirib və əmək haqlarının ödənilməsini istəyiblər.

Bir il öncədən fəaliyyəti qeyri-müəyyən olan və yarımçıq fəaliyyət göstərən şirkətin işdən çıxarılan 150 işçisindən 28-i məhkəməyə müraciət edərək işə bərpa olunublar.

Onlar işə bərpa olunmalarına baxmayaraq şirkət rəhbərliyinin əmək haqlarını və başqa ödənişləri verməkdən imtina etdiyini deyirlər.

“Bir ildir ki, heç bir ödəniş edilməyib və ağır iqtisadi problemlər yaşayırıq.

Şirkətdə 10 ildən çox işləməyimizə baxmayaraq qanunla nəzərdə tutulmuş haqlarımız təin olunmur”-deyə, işçilərin nümayəndəsi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button