Azərbaycanİran

Təbrizdə milli fəal Kərim İsmayılzadə həbs edilib

Təbrizdə milli fəal Kərim İsmayılzadə həbs edilib. Onun təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilir.

Milli fəalların sosial mediada verdiyi məlumata görə, milli fəal, tanınmış idmançı Kərim İsmayılzadə bu gün sentyabrın 14-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Onun həbs səbəbləri və hara aparıldığı barədə dəqiq məlumatlar verilmir.

Lakin fəalın Urmu gölü mövzusunda etiraz aksiyası ilə bağlı saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, ötən həftə İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (SEPAH) yerli bölməsinin əməkdaşları Təbrizdə yaşayan milli fəal və tanınmış idmançı Kərim İsmayılzadəyə zəng edərək onu idarəyə çağırıblar.

Özünün sosial media hesabında bu barədə paylaşım edən fəal hansı səbəbə görə çağrıldığını bilmədiyini və məmurların açıqlama vermədiklərini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button