Azərbaycan

Təbrizdə və Urmiyada havanın çirklənməsi pik həddə çatdı: məktəblər bağlandı

"Aznews tv" xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Ekologiya İdarəsinin Havanın Keyfiyyətinin Monitorinqi Mərkəzindənn verilən məlumata görə, son 24 saatda şəhərdə havanın çirklənmə səviyyəsi yenidən yüksəlib.

Şərqi Azərbaycanın mərkəzi Təbriz şəhərində məktəblər bağlanıb. Buna səbəb havanın çirklənmə səviyyəsinin bütün yaş qrupları üçün təhlükəli həddə çatmasıdır.

“Aznews tv”  xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Ekologiya İdarəsinin Havanın Keyfiyyətinin Monitorinqi Mərkəzindənn verilən məlumata görə, son 24 saatda şəhərdə havanın çirklənmə səviyyəsi yenidən yüksəlib.

Rəsmi qurumlar məktəblərin bağlanmasına, ümumi yerlərdə gəliş-gedişin məhdudlaşdırılmasına qərar verib.

Qeyd edək ki, Təbrizlə yanaşı Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmu şəhərində də havanın çirklənməsi ilə bağlı göstəricilər yüksək qeydə alınıb.

Ötən gün həssas yaş qrupları üçün qeyri-sağlam elan olunan göstəricilərin son sutkada bütün yaş qrupları üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button