İran

İran Xarici İşlər Nazirliyi yaxın gələcəkdə beynəlxalq ajansla razılaşmanın mümkün olduğunu deyib

"Aznews tv" Xətibzadə İranın "Press TV" kanalına müsahibəsində iddia edib: "İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami və Beynəlxalq Atom Enerjisi Ajansının rəisi Rafael Qrossi arasında gedən danışıqlarda irəliləyiş var".

İran İslam Cümhuriyyəti Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib: “İranla Atom Enerjisi üzrə Beynəlxalq Ajans arasında ikitərəfli əlaqələrlə bağlı fikir ayrılıqları azalıb və hər iki tərəfin tezliklə razılığa gəlməsi ehtimal olunur.

“Aznews tv”  Xətibzadə İranın “Press TV” kanalına müsahibəsində iddia edib: “İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami və Beynəlxalq Atom Enerjisi Ajansının rəisi Rafael Qrossi arasında gedən danışıqlarda irəliləyiş var”.

O, məsələ ilə bağlı əlavə açıqlama vermədən qeyd edib: “İki tərəfin tezliklə razılığa gələcəyini proqnozlaşdırıram”.

Xatırladaq ki, Səid Xətibzadənin bu açıqlaması beynəlxalq ajansın rəisi Rafael Qrossinin dekabrın 14-də sözügedən ajansın İrandakı müfəttişlərinin üzləşdikləri problem və məhdudiyyətlərin dünyanı bu ölkənin uranı zənginləşdirmə fəaliyyətlərinin olduqca qeyri-müəyyən görüntüsü ilə təhdid etdiyini deməsi ilə eyni vaxta təsadüf edir.

Qrossi habelə vurğulayıb ki, “əgər İran dünya birliyində hörmət edilən bir ölkə olmaq istəyirsə, bu təşkilatın müfəttişlərindən yan keçmək üçün heç bir yolu yoxdur”.

Related Articles

Bir cavab yazın

Back to top button