İran

Təbrizdə vətəndaş məmurlar tərəfindən döyülüb

Bələdiyyə məmurları təbrizli vətəndaşı ağır yaralayıblar

Təbriz bələdiyyəsinin əməkdaşları yerli sakinlərdən biri döyərək bədən xəsarətləri yetirib və ağır yaralayıblar.

Yerli sosial media istifadəçilərinin yaydığı məlumatda bələdiyyə məmurları məhkəmə qərarı olmadan zorla vətəndaşın evinə girmək istəyiblər.

Buna etiraz edən və mane olmağa çalışan vətəndaş məmurlar tərəfindən hücuma məruz qalıb və ağır bədən xəsarətləri alıb.

Bundan bir müddət öncə noyabrın 27-də də bələdiyyə məmurları iıə təbrizlilər arasında qarşıdurma baş vermiş və bir neçə şəxs yaralanmışdı.

Buna etiraz edən əhali bələdiyyənin mühafizə bölməsinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçirmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button