İran

Təbrizin maşınqayırma zavodunun işçiləri etiraz mitinqi keçirirlər

Təbrizin Maşınqayırma Karxanasının Qəlibtökmə şirkətinin işçiləri karxanın durumu ilə bağlı nigaranlıqlarını bildirərək işi dayandırıblar. Olay novambrın 29-da şirkətin yeni baş müdirinin təqdimat mərasimi zamanı baş verib. Bildirək ki, Maşınqayırma Şirkəti İranın Sənaye Gəlişdirmə və Yenidənqurma Təşkilatına verililib. Bundan sonra Təqvaməneş adlı şəxs yeni baş müdir olaraq təqdim edilib. İşçilərin etiraz mitinqi keçirməsinin səbəbi şirkətə yeni baş müdirin təyin edilməsi ilə də bağlı olub. Güney Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının müdiri Həbib Əminzadənin sözlərinə görə, problemin bir qismi Təavun, Əmək və Rifah Baş İdarəsi ilə ilgilidir. Bu idarənin rəisi Hüseyn Fəthi durumla ilgili bildirib: “İşçilər əmək əmniyyəti və toolid prosesinin necə olacağından nigarandırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button