İran

Şərqi Azərbaycanda daha 17 nəfər QİÇS-ı yoluxub

Şərqi Azərbaycanda daha 17 nəfər AIDS-ə tutulub. Bu barədə Təbrizin Tibb Elmləri Danişqahı Sağlıq İşləri Şöbəsinin Keçici Mərizliklər Qrupunun rəisi məlumat verib. Doktor Simin Xəyyatzadənin sözlərinə görə, ötən il Şərqi Azərbaycanda 23 min 194 nəfər üzərində HIV(Eç Ay Vi) virusu ilə bağlı sınaq keçirilib. “HIV sınağı şəxsin öz razılığı ilə həyata keçirilir. Əhər, Bünab, Mərənd və Təbrizdə Davranışdan Asılı Mərizlikləri üzrə Müşavirə Mərkəzləri Təbrizin Tibb Elmləri Danişqahı Sağlıq İdarəsinin nəzarətində fəaliyyət göstərirlər. Bu mərkəzlərdə xidmətlər pulsuzdur. Bu il Təbrizdə ikinci Davranışdan Asılı Mərizliklər üzrə Müşavirə Mərkəzi açılıb. 18 min hamilə qadın da HIV virusu ilə bağlı yoxlanışdan keçib. Bu virus ötən illərdə daha çox daşıyıcı ampul vuran mötadların vasitəsilə keçirdi. HIV-ə tutulma ilə bağlı nigaran şəxslər istənilən Davranışdan Asılı Mərizliklər üzrə Müşavirə Mərkəzinə müraciət edə bilər, tamamilə gizli saxlanılan HIV sınağından keçə bilərlər. Bu virusa tutulanlara bütün yaşamları boyunca xidmət, müşavirə və müalicələr pulsuzdur. AIDS ilə bağlı proqram başlayandan bəri 460 tutulma qeydə alınıb. Onlardan 231 nəfəri yaşayır”,-deyə o, bildirib.
Qeyd edək ki, 1 desambr Dünya üzrə AIDS-lə Mübarizə Günüdür

Related Articles

Bir cavab yazın

Back to top button