Azərbaycanİran

Təbrizin millət vəkili: “Hökumət xalqın əsas ehtiyaclarını ödəyə bilmir”

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi İbrahim Rəisi hökumətinin verdiyi vədləri yerinə yetirməkdən aciz olduğunu deyib.

O, bu barədə İranın “Ruydad 24” xəbər saytı ilə müsahibəsində bildirib.

“Hökumət verdiyi vədləri və vətəndaşların ilkin ehtiyaclarını təmin etməyə qadir deyil. Belə olan halda məsuliyyət qəbul edib və problemi həll edə bilmədiyini etiraf etmək əvəzinə daha sərt cəza tədbirləri tətbiq edir”,- millət vəkili qeyd edib.

Prezident seçkiləri öncəsi İbrahim Rəisinin 1 milyon mənzil tikintisi barədə verdiyi vədləri xatırladan Əlirzabeygi, bunun yalnız seçki kampaniyası zamanı səs toplamaq üçün verilən əsassız şüar olduğunu bildirib.

“Mənzil məsələsi vətəndaşların ən böyük probleminə çevrilib və onların qazanclarının əsas hissəsi mənzil borcu ödəmək və ya kirayə üçün sərf olunur. Mənzil qiymətləri dəhşətli dərəcədə bahalaşıb. Hökumət verdiyi vədləri yerinə yetirə bilmir”,- millət vəkli hakimiyyəti vətəndaşları aldatdığını söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button