Azərbaycan

Təbrizin neft kimya zavodunun hovuzunda 15 nəfər zəhərlənib

Yanvarın 4-də Təbrizin Neft Kimya zavodunda 15 nəfər zəhərlənib. Bu barədə Şərqi Azərbaycan əyaləti üzrə Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, zavodun hovuzunda 15 qadın monoksit karbon qazından zəhərlənib.

V.Şadiniya zəhərlənənlərin dördünün amblator müalicədən sonra evə buraxıldığını 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyini, hadisənin baş vermə səbəblərinin əlaqədar qurumlar tərəfindən araşdırıldığını bildirib.

O, zəhərlənən qadınların idmançı və ya işçi olduqları barədə heç bir açıqlama verməyib,  hadisə ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button