Azərbaycan

Təbrizin yerli xəbər saytı Xocalı faciəsindən yazıb

Təbrizin müstəqil “azərəncümən” xəbər saytı Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı yazı dərc edib.

Yazıda erməni silahlı dəstələrinin Rusiyanın 366-cı alayının dəstəyi ilə Xocalı sakinlərinə qarşı soyqırım törətdikləri, əliyalın əhaliyə qarşı vəhşicəsinə davranıldığı qeyd olunub.

“Neçə-neçə günahsız Azərbaycan övladının yataqda yatdığı, analarının məktəb çantalarını sabahkı günə hazırladığı bir vaxtda elə bir qırğın başladı ki, bəşəriyyət tarixinin təqvimindən heç vaxt silinməyəcək.

Hadisə şahidlərinin sözlərinə görə, amansız erməni qüvvələrinin amansızlığından dəhşətə gələn ailə üzvlərinin gözü qarşısında çox sayda azərbaycanlı diri-diri yandırılıbb, ən qəddar yollarla linç edilərək öldürülüb”-deyə, Təbriz saytında yazılıb.

Yazının sonunda Xocalıda erməni və rus silahlıları tərəfindən öldürülən azərbaycanlıların statistikası verilib.

Qeyd edək ki, İran mediası soyqırımla bağlı hər hansı məlumat dərc etməyib.

Hər həftənin cümə günü şəhərlərdə keçirilən cümə namazı zamanı çıxış edən Əli Xamneyinin yerlərdəki nümayəndələri İsrailin fələstinlilərə qarşı amansız davrandığı ilə bağlı idiaları dönə-dönə təkrar etdikləri halda, Xocalı soyqırımını yada salmayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button