AzərbaycanİranMəqalələr

Təbrizli memarların Azərbaycanda fəaliyyətləri – Olcaytu Xudabəndə türbəsi

Elxani hökmdarı Olcaytu xan (1304-1317) paytaxt şəhəri Sultaniyədə 1305-1313-cü illər arasında öz şərəfinə əzəmətli bir türbə tikdirmişdi.

Mənbələrdə həm də Sultaniyə Günbədi adlandırılan bu türbəni mütəxəssislər İran ərazisində olan bütün dövr tikililərinin ən irisi hesab edirlər.

Vaxtilə böyük xeyriyyə kompleksinin dominantı olmuş türbənin prizmatik həcmi diametri 25,50 metr olan sivri göy günbəzlə örtülüdür. Abidənin ümumi hündürlüyü 54 metrə yaxındır. Elxanilər dövrü mənbələrində onun memarının böyük vəzir Xacə Əlişah Təbrizi olduğu göstərilmişdir.

Son dərəcə mükəmməl mühəndislik-konstruktiv həlli və səkkiz minarəli kompozisiyası olan Olcaytu xan türbəsi İslam dünyası və Avropanın bir sıra məşhur abidələrinin memarlığına təsir etmişdir. Kaşı mozaik və çoxrəngli gəc bəzəkləri ilə də türbə Elxani dövrü memarlığının şah əsərlərindəndir. Dünya memarlıq tarixinin ən nadir abidələrindən biri sayılan Olcaytu Xudabəndə türbəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Azərbaycanda fəaliyyətləri” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button