Azərbaycanİran

Təbrizli millət vəkili və keçmiş səhiyyə naziri Məsud Pezeşkian İran parlamentinin 12-ci dövr seçkilərində diskvalifikasiya edilməsinin səbəbləri barədə açıqlama verib.

"Etiraz etməyəcəyəm, ancaq bu qəbul olunan hərəkət deyil.

Necə ola bilər ki, bir qrup gəlib və ömrünü inqilab üçün xərcləyən şəxslərə “hakimiyyətə bağlılığınız yoxdur” desin?”, – deyə Pezeşkian bildirib.

O deyib ki, inqilabı və ölkəni yalnız raket, silahla saxlamaq mümkün deyil.

Belə getsə, ciddi problemlərlə üzləşəcəyik, ictimai kapitalı və dayağı itirmək faciəli nəticələrə səbəb ola bilər. Xalqı itirsək, daha hakimiyyətdə qalmağımız üçün heç nəyimiz olmayacaq“, – təbrizli nümayəndə xəbərdarlıq edib.

Qeyd edək ki, İranın qarşıdan gələn parlament seçkiləri öncəsi hazırda parlamentdə olan bir neçə azərbaycanlı millət vəkili, o cümlədən Əhməd Əlirzabeygi və Məsud Pezeşkian diskvalifikasiya olunublar.

Buna səbəb kimi onların “Sistemə praktiki inamlarının olmaması” göstərilib.

Adıçəkilən millət vəkilləri hakimiyyətdə təmsil olunmalarına baxmayaraq, xüsusilə təbrizlilər arasında nisbi nüfuza malikdirlər.

Pezeşkian və Əlirzabeygi İran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı təbliğat kampaniyalarına qoşulmadıqları üçün dəfələrlə tənqid ediliblər.

Onlar Qarabağın işğalı ilə bağlı müzakirələrdəki ədalətli mövqelərinə və 44 günlük Vətən müharibəsi dövründəki çıxışlarına görə hakimiyyətə bağlı bir sıra media qurumları tərəfindən satqınlıqda günahlandırılıblar.

Təbrizli millət vəkilləri Azərbaycan Respublikasının İran hakimiyyəti daxilindəki adamları kimi qələmə veriliblər, onların parlamentə buraxılmamaları tələb edilib.

Related Articles

Bir cavab yazın

Back to top button