Azərbaycanİran

Təbrizli vəkil İran Ali Məhkəməsini ittiham etdi

Güney azərbaycanlı vəkil Qasım Bodi İran Ali Məhkəməsini həbs olunan etirazçıların müdafiəsi ilə bağlı verdiyi açıqlamasının yalan olduğunu bildirib.

Özünün tvitter hesabında paylaşım edən tanınmış vəkil İran Ali Məhkəməsinin məhbus etirazçıların vəkillə təmin olunması və müdafiəsi barədə iddialarının əsassız olduğunu yazıb.

“Birmənalı şəkildə deyirəm ki, nəinki məhbusların vəkil təyin etmək hüququ əlindən alınıb, hətta onların işinə baxmaq üçün ədalətli və müstəqil hakim də verilməyib. Hökmü çıxaran məhkəmə deyil, məhkəmə hökmlərini təhlükəsizlik orqanları verir”,-deyə, Qasım Bodi yazıb.

Oktyabrın 15-də başqa 3 vəkillə birgə həbs edilən Qasım Bodiyə qarşı 5 ay həbs, 8 milyon tümən cərimə cəzası verilməklə yanaşı onun 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

O, girov qarşılığında sərbəst müvəqqəti buraxılıb və həbs cəzasının icra edilməsi üçün çağrılmasını gözləyir.

Vəkillərin həbsi bir neçə gün bundan öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.

Related Articles

Bir cavab yazın

Back to top button