İran

Təhlükəsizlik məmuru Xuzistana vali təyin edildi

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş müavini etnik ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə vali təyin edilib.

Keçmiş kəşfiyyatçı Əli Əkbər Hüseyni Mehrab İran prezidenti İbrahim Rəisinin yaxınlarından sayılır.

Bundan bir neçə gün öncə isə SEPAH-ın quru qoşunlarının komandiri Məhəmməd Kərəmi etnik ərəblərin kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinə vali göndərilib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən sonra İranda SEPAH komandirlərinin vəzifələrə təyinatı artıb.

Məhəmməd Kərəmi və Hüseyninin Sistan və Bəluçistan və Xuzistana vali təyin edilməsi gərginliyin hökm sürdüyü əyalətlərdə bir növ hərbi rejimin elam edilməsi kimi dəyərləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button