İran

Təhsil naziri: “2030 sənədi bizim təhsil sistemimizdə yer ala bilməz”

Təhsil vəziri Möhsün Hacı Mirzai bildirib ki, 20-30 Sənədi İranın Təhsil Sistemində yer ala bilməz.
Hacı Mirzai Şəhrivər ayının 13-də Radio-Telvizyonun 2-ci Şəbəkəsi xəbər verilişində İranın rəhbəri Əli Xaməneinin bu sənədə görə mozeyini vurğulayıb.
“Bizim ölkədə 116 min mədrəsə var. Təhsil sisteminin də Təməl Dəyişiklik sənədi var. Bizim bütün gördüyümüz işlər bu sənədə söykənir, ona görə də 20-30 nümrəli Sənədin ölkənin təhsil sistemində heç yeri ola bilməz”, – deyə bildirib.
Hacı Mirzai, “mən elə burdan bütün valideynlərə səslənirəm ki, harda bu barədə pozuntu gördükdə bizə çatdırsınlar. Biz onlara qarşı davranacayıq”, – deyə artırıb.
Bildirək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumi Məcməyi 2030-cü ilədək dünyada ardıcıl dəyişiklik və tosiə barədə qətnamə təsvib edib. Qətnamədə yaşam çevrəsi, iqlim dəyişikliyi və gələcək nəsil üçün önəmli məsələlər danışılıb.
Birləşmiş Millətlər Təşkilatına üzv 192 ölkəyə vaxt verib ki, cinsiyyətindən, dilindən, Milliyətindən və yaşından asılı olmayaraq 2030-cu ilədək öz xalqlarına eyni imkanlarla yüksək keyfiyyətli və ömürlük təhsil şəraiti yaratsınlar.
Həmin sənədin 3 il qabaq Fərhəngi İnqilab Ali Şurası tərəfindən ləğv olunmasına əmr çıxarılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button