Araşdırma & Təhlilİran

Təhsil sistemində açıq-aşkar irqçilik

Bir neçə gün əvvəl sosial şəbəkədə müəllimin sinifdə irqçi təhqirlərini göstərən video yayılıb. Videonun həqiqiliyini yoxlamaq çətin olsa da, maraqlısı odur ki, heç bir izləyici onun həqiqiliyinə şübhə etməyib. Çünki İranda hər zaman qeyri-fars millətlərə, özəlliklə də, türklərə və ərəblərə qarşı videoda göründüyü kimi irqi təhqirlər olur. Bu video çox güman ki, müəllimin türk və ərəb millətlərini aşağılamaq üçün çox irqçi cümlələr işlətdiyi ibtidai tarix dərsi ilə bağlıdır.

Başqa maraqlı məqam ondan ibarətdir ki, müəllim şagirdin etirazına cavab olaraq iranlıların ərəblərə nifrət etməsinin vacibliyini müdafiə edir. Bu səhnə əslində İran və qeyri-fars millətlərin başına gələnləri qısa olaraq göstərir.

İrqçilik çağdaş İranda rəsmi milli kimliyin bir hissəsidir. Yəni, ilk Pəhləvinin yaranmasından və müasir mənada millət və dövlət anlayışının bəri İranda millətin məşhur mədəniyyətində başqalarının inkarı qəbul edilib. Amma bu ideyanın kökünü böyük ölçüdə təhsil sistemində axtarmaq lazımdır, məsələn, İranda tarix kitabları ilk növbədə fars mərkəzli milli kimliyin tərifinə əsaslanır. İkincisi başqa millətləri təhqir edərək, inkar ediblər.

Ancaq bu arada ərəb və türk millətləri həmişə fars millətçilərinin hücumlarının mərkəzində olublar. Bu məsələni təhlil edərkən bir az da dərinə getməliyik. Məsələn, fars milləti ilə türklər arasında rəqabətin və qarşıdurmanın genişliyi, kürdlər və ya ərəblərlə müqayisə edilə bilməz, başqa sözlə desək, İslam fars millətçiliyinin gözündə həmişə düşmən kimi qəbul edilib. Ancaq, ərəb ölkələrinə qısa nəzər saldıqda zəngin və bənzərsiz ərəb mədəniyyətini dərk etmək olar. Bütün mədəniyyətlərin zəif və güclü tərəfləri var.

Müasir tarixdə İran öz milli kimliyini fars milliyyətçiliyə əsaslanaraq müəyyən edib. Bundan başqa, türklər və ərəblər potensial düşmən kimi qəbul edilirdi. Bu səbəbdən də ibtidai sinifdə irqçilik təbliğatı təəccüblü deyil.

Türklər arasında Türkiyə Cümhuriyyətinin son illərdə özəlliklə demokratiya və sosial və siyasi azadlıqlar baxımından diqqətəlayiq gəlişməsi türklər və bütün bölgə millətləri üçün yaxşı bir model olub.

Bu səbəbdən də İran Türkiyəyə qarşı nifrətdən istifadə etməyə çalışaraq, həmişə İran daxilində millətlərinin geniş yayılmış modelə çevrilməsinin qarşısını almağa çalışır.

Son iki onillikdə istər Güney Azərbaycanda, istərsə də Əl-Əhvazda milli kimlik , milli özünüdərk və özünə qayıdış hədsiz dərəcədə artıb.

Amma problem ondadır ki, İran bütün faşist sistemlərinin eyni tarixi yanlışını edir. Mərkəzi hakimiyyət heç də özünü islahat edə bilmir və hər gün millətdən daha da uzaqlaşır.

 

Related Articles

Bir cavab yazın

Back to top button