Dünya

Tailandda hərbi gəmi batıb, 28-dən çox matros itkin düşüb

Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin qasırğa nəticəsində Siam boğazında batması nəticəsində 28-dən çox hərbçi itkin düşüb.

Məlumatı BBC yayıb.

Hadisə zamanı gəminin göyərtəsində 106 hərbçi olub.

Hökumət təmsilçiləri 28 matrosun taleyindən heç bir xəbər olmadığını bildiriblər.

Məlumata görə, 75 dənizçi sağ xilas edilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button