Dünya

“Taliban” 28 əfqan polisini qətlə yetirib

Əfqanıstanın güneyində “Taliban”ın hücumu nəticəsində ən az 28 polis əməkdaşı öldürülüb.
Ölkənin Daxili İşlər Vəzirliyi polislərin ölümü ilə bağlı bağlı şərh verməyib.
Hadisə Əfqanıstanın güneyində yerləşən Uruzqan əyalətinin Gizab bölgəsində baş verib. Bildirilir ki, burada bir neçə gündür döyüşlər gedir.
Xatırladaq ki, daha əvvəl Qətərin paytaxtı Dohədə Əfqanıstan hökuməti və “Taliban” nümayəndələri arasında danışıqlar başlanıb. Danışıqların əsas mövzuları uzunmüddətli atəşkəs və ölkədəki münaqişənin siyasi həllidir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close