İran

“DƏMİRDƏN DÜZƏLMİŞ BİR CAM DEYİL, SÖZ QONUSU İNSANLARIN CANIDIR”

 

“3 dəfə caamı əlimizdən aldılar, bir söz demədik. Məqsədimiz caam almaq idisə, biz də başqaları kimi bəzi işləri görərdik. Amma biz o işləri görməyəcəyik. Türklərin şuuru və igidliyi var, türklərin igidlik və şuuruna təhqir olmamalıdır”
Bu sözləri hal-hazırda “Traxtur” timinin sahibi olan verdiyi radio müsahibəsində, “ilk öncə deməliyəm ki, mən “Traxtur” və “Maşınsaz”ının sahibi deyiləm. Mən Azərbaycan timlərinin bir tərəfdarıyam”, – deyə bildirib.
Zunuzi eləcə də liqin dayandırılması ilə bağlı İdman vizarətinə yazdıqları namə barəsində bildirib ki, oyunçu və ailələrinin canı söz qonusudur. “Gündəlik 400 nəfər koronavirusa tutulma halı təsbit olarkən liqi dayandırdıq, hazırda gündəlik 3000 nəfər tutulma halı təsbit olunarkən liqin fəaliyyətə başlamasını istəyirlər. Bəziləri camdan nigərandılar. Ancaq söz qonusu insanların canıdır. Bir halda ki, 3 dəfə camı əlimizdən alıblar. Qara cümə hələ də tərəfdarların xatirələrindən silinməyib. “Traktor”çular dəmir cam peşində deyillər, belə olmuş olsaydı, onların bu qədər “Traktor” sevgisi olmazdı”, – deyib.
Zunuzi eləcə də timin maliyyə çətinliyinin olmadığını bildirərək deyib ki, bu barədə Sasan Ənsari verdiyi müsahibəsində bildirib ki, ən çox aldığı pul “Traktor” timindən olub.
“Hazırda müdirlər heyəti ilə oyunçu və mürəbbilərinin yüzdə-yüz pullarının ödənilməsi üçün danışıqlar aparmışıq. Buna baxmayaraq, oyunların dayandığı təqdirdə oyunçuların pullarının ödənilməyəcəyi barədə mübahisələr düşüb. Liqin adı İngilisdən götürülüb, sistem isə Maldivdən seçilib. Belə bir şəraitdə vizarətin adını dəyişib xas timin adını verin. Və ya Futbol federasyonunun adını dəyişib xas bir timin adını verin. Hazırda 15 tim liq başlanmasını istəmir, ancaq onlar öz işlərini görürlər. Nə üçün müdirləri çağırıb fikirlərini soruşmadılar? Bizi hara ilə müqayisə edirlər? Avrupa liqlərinin başlanmasından danışırlar, ancaq onlar TV yayımlarından milyardlar qazandığı bir halda biz isə heç bir şey”, – deyə Zunuzi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button