“ANT” xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
Radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid Bennetti “anti-Əfqan təbliğatı”nda və “dünyaya Əfqanıstandakı vəziyyətlə bağlı yanlış məlumat təqdim etməkdə” ittiham edib.
ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” bu ölkəyə nəzarəti bərqərar etmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb. Həmin ilin avqustun 15-də onlar döyüşsüz Kabilə daxil olublar və sonradan öz müvəqqəti hökumətlərini qurduqlarını elan ediblər.