Dünya

“TALİBAN” FƏRMANDEHİ SEPAHIN MAŞININDA ƏLƏ KEÇİRİLDİ

Əfqanıstanın Herat ustanının Milli Əmniyət İdarəsinin rəisi bu ustanda iki Taliban məqamının tutulduğunu açıqlayıb.
Bununla bağlı həmin İdarənin yaydığı açıqlamada bildirilir: “Taliban qrupunun nizami məsələlər üzrə rəhbəri Sepahın maşınından düşərkən və Şindand bölgəsinə gedərkən həbs edilib”.
“Deutsche Welle”nin verdiyi məlumata görə, Herat ustanının yerli məqamları, Taliban qrupunun iki yüksək fərmandehinin həmin ustanda tutulduqlarını bildiriblər.
Herat ustanının Milli Əmniyət İdarəsinin ordibeheştin 2-də yaydığı açıqlamada, Hafez Oməri adı ilə tanınan Taliban qrupunun nizami məsələlər üzrə rəhbəri və “Taliban”ın Heratdakı rəhbərliyinin üzvü Moləvi Şəfiin tutduqlarını deyib.
“Moləvi Şəfii, Sepaha aid maşından düşüb Paşdan su anbarına gedərək teror həmlələrini sürətləndirmək və Herat yollarında əmniyəti pozmaq hədəfi ilə Şindand bölgəsinə yolanarkən ələ keçirilib”,-deyə açıqlamada vurğulanır.

Related Articles

Bir cavab yazın

Back to top button