İran

İRAN POLİSİ ETİRAZÇILARI SAÇMA GÜLLƏLƏRLƏ DAĞIDIB

Məlumatlara görə, Əhvazın Qeyzaniyə bölgəsində polis məmurları içməli suyun kəsilməsinə qarşı çıxan yüzlərlə etirazçının mitinqini saçma güllələrdən atəş açaraq dağıdıblar.
Eyni zamanda, başqa bir mitinqdə də İranın xüsusi qüvvələri Əl-Əhvaz şəhrdarlığının narazı fəhlələrinə həmlə ediblər.
Bir sıra yerli mətbuat və ictimai şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, Əhvazdan 45 kilometr aralıda Qeyzaniye bölgəsinin sakinləri xordadın 3-ü, şənbə günü içməli suyun kəsilməsinə etiraz olaraq Bəxşdarlığın qarşısına toplaşıblar.
Əhvazın polis rəisi sərhəng Möhsün Dalvənd bu mitinqi “qanunsuz” adlandıraraq, deyib ki, etirazçılar Əhvaz-Ramehrmez-Omidiye yolunu bağladıqdan sonra “polis onları dağıtmağa başlayıb”.
İctimai şəbəkələrdə güllə ilə vurularaq yaralanan insanları göstərən görüntülər və videolar yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button