İran

Taliban: İran-Əfqanıstan sınırında baş verən hadisə kontrol altına alınıb

Taliban sözçüsü İran-Əfqanıstan sınır gücləri arasında Nimruz vilayətində meydana gələn hadisənin artıq nəzarətə alındığını deyib.

Zəbihullah Mücahid bu barədə öz “Twitter” səhifəsində paylaşım edib.

O, məsələ ilə bağlı deyib: “Nimruz vilayətində İran-Əfqanıstan sınırında iki ölkənin sınır gücləri arasında anlaşılmazlıq baş verib. İndi iki tərəfin də qarşılıqlı anlayışı ilə məsələ kontrol altına alınıb. Anlaşılmazlığın aradan qaldırılması və araşdırılması ilə bağlı dövlət yetkililəri lazımi tapşırıqlar veriblər”.

Xatırladaq ki, dekabrın 1-də Əfqanıstanın İranla sınırının Nimruz bölgəsində hər iki tərəfin sınır qüvvələri arasında topxanadan istifadə etməklə güclü atışma olub.

Related Articles

Bir cavab yazın

Back to top button