BölgəElm & TexnologiyaİranSiyasət

“Tanınmayan təyyarələr” İranın əlaltılarını bombaladı

Ərəb KİV-ləri tanınmayan təyyarələrin Suriya-İraq sərhədində yerləşən İranyönümlü qüvvələrə zərbələr endirdiklərini bildirir.

Aznews.tv xəbər verir ki, nəticədə bir-neçə nəfər həyatını itirib.

Məlumata əsasən, sərhəddə yerləşən Əl-Bukamal şəhərində Həşd-əş-Şəəbi qüvvələri hücuma məruz qalıb.

Sentyabrın 9-u səhər saatlarında şəhəri 3 güclü partlayış lərzəyə gətirib.

Zərbələr İranyönümlü qüvvələrə: “Hizbullah”-ın İraq qoluna, Əl-Əbabilə və Haydriona endirilib.

Daha öncə, İranyönümlü qüvvələrin Əl-Bukamal şəhərində təsirini genişləndirdikləri bildirilirdi.

Qedy edək ki, cari ilin iyul ayın ortalarından bu Həşd-əş-Şəəbi qüvvələrinə yönələn 5-ci hücumdur. İranın əlaltıları bu hücumlarda ABŞ və İsraili ittiham edir.

İsrail isə, öz növbəsində, hücumlar barədə şərh vermir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button