Yəhya Ədl ibtidai təhsilini Təbrizdə Hikmət adlı məktəbdə, orta təhsilini isə Kirmanşahda tamamlamışdır. Bir müddət sonra təhsilini daha da təkmilləşdirmək üçün Fransaya getmişdir. Parisdə riyaziyyat üzrə təhsil alsa da, sonradan onu yarımçıq qoyub tibb təhsili almışdır.
Yəhya Ədl uzun illər ümumi cərrahiyyə və urologiya sahəsində mütaliə etmiş və araşdırma aparmışdır. O, yüksək elmi dərəcə (professor) aldıqdan sonra İrana qayıtmışdır.
İrana qayıtdıqdan sonra o, Tibb fakültəsində tədrislə məşğul olub. Elə o dövrdə də Tehranın Sina xəstəxanasının Cərrahiyyə kafedrasının sədri vəzifəsində çalışıb.
Professor Yəhya Ədl İranda cərrahiyyənin inkişafında böyük rol oynamışdır. Əslində o, iranlı cərrahlara sadəcə elm və bilik deyil, həm də cəsarətli olmağı öyrətmişdi.
Yəhya Ədl İranda öz adını daşıyan bir məktəb yaratmışdır. Bu təhsil ocağı tibb sahəsində ən yeni məlumatları yayımlayan dərgi də nəşr etdirirdi.
Yəhya Ədl 2002-ci ildə Tehranda dünyasını dəyişib.
Qeyd edək ki, hazırladığımız tarixi məqalələrin “Alimlərimiz” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz: