İran

“Tasnim” məqaləsində “Türk” sözünü “Azəri” ilə əvəz edib

İranın hökümət yönümlü "Tasnim" xəbər agentliyi helikopter qəzası qurbanları ilə bağlı yaydığı məlumatda yenidən azərbaycanlıların milli kimliyini təhrif edib.

Belə ki, agentlik Təbrizdə mərhum prezidentlə bağlı keçirilən vida mərasimində Azərbaycan türklərinin tədbirdə fəal iştirak etdikləri üçün “Türklər mükəmməl iş gördülər” başlıqlı məqalə dərc edib. Lakin qısa müddət sonra başlıq Azərilər mükəmməl iş gördülər” yazısı ilə əvəz edilib.

Sözügedən məsələ azərbaycanlı sosial media istifadəçiləri tərəfindən geniş müzakirəsinə səbəb olub. Azərbaycanlıların milli kimliyi ilə bağlı təhrifi güneyli internet istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb. Onlar bunu hakimiyyətin bütün mümkün vasitələrlə azərbaycanlıların milli kimliyinə qarşı qərəzli siyasətlərini davam etdirdiyini yazıblar.

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin icra başçısı Malik Rəhməti mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.

Related Articles

Bir cavab yazın

Back to top button