Bu barədə Buşehr əyalətinin valiliyin xəbərdarlıq elanı yayıb.
“Bütün əcnəbi vətəndaşlardan və mühacirlərdən bu əraziləri mümkün qədər tez tərk etmələritələb olunur. Əks halda onların qaçqınlıq sənədləri etibarsız sayılacaq və ölkədən çıxarılacaqlar”,- xəbərdarlıqda bildirilib.
Bununla yanaşə əcnəbilərin Qonavə, Deyləm və Üsləviyyə şəhərlərində və bu şəhərlərə yaxın ərazilərdə yaşamalarının da qadağan olduğu qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl isə İran hökuməti ölkədə yaşayan əfqanıstanlı qaçqınlara təzyiqlərin davamında onların daha 18 əyalətə girişini qadağan edib.
Bununla yanaşı 2024-cü ildə 400 minə yaxın əfqanistanlı İrandan ölkələrinə geri qayıdıb, 700 qaçın isə deportasiya olunub.
Bu ilin mart ayının sonuna kimi isə daha 600 min əfqanistanlının ölkədən çıxarılması planlaşdırılıb.