İran

Tehran dünya üzrə alıcılıq qabiliyyətinin ən aşağı olduğu şəhərlərdəndir

Dünya ölkələrində müxtəlif şəhərlərin əhalisinin alıcılıq qabiliyyətini müəyyənləşdirən beynəlxalq iqtisadi mərkəzin (Yaşayış Dəyərinin Müqayisəsi) statistikasına görə, Tehran dünyanın 251 şəhəri arasında 250-ci yeri tutmaqla əhalisinin alıcılıq qabiliyyətinin ən aşağı olduğu şəhərlər sırasında yer alıb.

Dünyanın 251 şəhərinin insanlarının alıcılıq qabiliyyətinə görə sıralandığı cədvəldə Pakistanın İslamabad şəhəri 225-ci, Türkiyənin İstanbul şəhəri isə 20-ci yerdədir.

Alıcılıq qabiliyyəti sadəcə olaraq müəyyən pulla ala biləcəyiniz malların miqdarıdır. Bu indeksi araşdırmaq üçün qidadan tutmuş daşınmaz əmlaka və avtomobillərə qədər bir sıra mallar araşdırılır.

Hazırlanan cədvələ əsasən, Amerikanın San Fransisko şəhərinin əhalisi ən çox, Nigeriyanın Laqos şəhərinin əhalisi isə ən az alıcılıq qabiliyyətinə malikdirlər.

Statistikanın yayılmasından sonra iranlı sosial media istifadəçiləri Tehran əhalisinin belə ağır durumda olduu bir şərayitdə başqa şəhərlərin sakinlərinin hansı çətinliklərlə yaşadıqları barədə çox saylı paylaşımlar ediblər.

Müzakirələrin çoxalmasından sonra qeyd edilən statistika və cədvəl İran mediasından silinib.

Related Articles

Bir cavab yazın

Back to top button