bu barədə İranın Türkmənistandakı səfiri Qolam Abbas Ərbab Xales Aşqabadda inqilabın ildönümü şərəfinə təşkil olunan ziyafətdə bildirib.
Səfirin sözlərinə görə, “son üsyanlarda iştirak edən” İran vətəndaşları da əfv fərmanından yararlana biləcəklər. Diplomat əfv olunların hamısının məhkumluqlarının aradan qaldırılacağını vurğulayıb.
Xatırladaq ki, İranda iğtişaşlar 2022-ci il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb. Rəsmi versiyaya görə, polis Əmini hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb.
İran məhkəməsi çox sayda nümayişçini iğtişaşları qızışdırmaq və təhlükəsizlik qüvvələrinə hücum etmək ittihamı ilə edam cəzasına məhkum edib. İlk edam dekabrın 8-də həyata keçirilib.
Dünya ölkələri, beynəlxalq təşkilatlar İranda nümayişçilərə qarşı zorakılıq və edamları qətiyyətlə pisləyib.
Görünür, dünya ölkələrinin İrana qarşı sərt təpkisi rəsmi Tehranı nümayişçilərə qarşı müəyyən qədər geri addım atmağa vadar edib.