İran

Tehran hökuməti dolların bahalaşmasında maraqlıdır

Xüsusən son aylar İran pulunun sürətlə dəyər itirməsi və hakimiyyətin bununla bağlı addımları müxtəlif və fərqli fikirlərin bildirilməsinə səbəb olub.

Bir sıra təhlilçilər bunun ölkədə iqtisadi vəziyyətin ağırlığı olması səbəbindən baş verdiyini bildirməklə yanaşı həmdə hakimiyyətin maraqlı olduğunu deyirlər.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərinin İran parlamentindəki millət vəkili Calal Mahmudzadə də, dolların bahalaşmasında rejimin maraqlı olduğunu deyib.

“Mənim təəssüratım belədir ki, hökumət məzənnə artımından o qədər də razı deyil. Aydındır ki, hökumət öz xərclərini təmin etmək, maaş və subsidiyaları ödəmək, büdcə kəsirini aradan qaldırmaq üçün bəzən dolların qiymətinin qalxmasına şərayit yaradır”,- millət vəkili bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button