Dünyaİran

Tehran Husilər üçün silah tədarükündə mühüm rol oynayıb

Yəmən husiləri SEPAH-ın Qüds Qüvvələri, Livan Hizbullahı və iraqlı ekspertlərin dəstəyi ilə güclü hərbi təşkilata çevrilib.

Bu barədə “Royterz” BMT-nin sanksiya müşahidəçilərinin məxfi hesabatına istinadən məlumat yayıb.

“Husilər, HƏMAS, Hizbullah və İraq və Suriyadakı bir sıra digər silahlı qruplarla birlikdə son bir neçə onillikdə İran hökumətinin dəstəyi ilə yaradılan və fəaliyyətini davam etdirən “Müqavimət cəbhəsi”nin üzvləridir”,- məlumatda bildirilib.

Birləşmiş Millətlər Təşkilatının sanksiya nəzarətçiləri öz hesabatlarında Yəmən husilərinin saxta pasportlardan istifadə edərək İran, Livan və İraqa səfər etdiklərini və bu ölkələrdə taktiki və texniki təlimlər keçdiklərini yazıblar.

Bu hesabata görə, 2015-ci ildən bəri BMT-nin silah embarqosu altında olan husilər İran və onun dəstəklədiyi qruplarla eyni silah sistemlərindən istifadə edirlər.

Qeyd edək ki, bir müddət əvvəl “Voll Street Jurnal” İranın Cibuti vasitəsilə Yəmən Husilərinə silah göndərdiyi barədə məlumat yayıb.

Bu məlumata görə, silahlar İran limanlarından Şərqi Afrikadakı Cibuti ölkəsinə gedir, daha sonra isə mülki gəmilər vasitəsilə İranın dəstəklədiyi Husilərə çatdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button