Dünyaİran

“Tehran İran-Azərbaycan-Türkiyə formatının bərpasını dəstəkləyir”, – bunu İslam Respublikasının xarici işlər naziri Abdullahian deyib.

Onun sözlərinə görə, İran Türkiyə xarici işlər naziri Fidanın “Qafqazda sülhün bərpası” və güclü əməkdaşlığın təmin edilməsi üçün İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının yenidən işə salınması təklifini dəstəkləyir. 

Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə o vurğulayıb: “…həm Azərbaycan, həm də Ermənistan bizim qonşumuzdur və biz ölkələr arasında sülh istəyirik”.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra ölkələr arasında münasibətlər pisləşib. Tehran fəal şəkildə Bakı ilə münasibətləri normallaşdırmağa çalışır.

#İran #Türkiye

Related Articles

Bir cavab yazın

Back to top button