Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Tehran klubunu məğlub edən “Traxtur” 6-cı pilləyə yüksəldi

Yanvarın 6-ı İran Super Liqasının 15-ci həftəsinin oyunları çərçivəsində Təbrizin "Traxtur" futbol klubu Tehranın "İstiqlal" klubu ilə qarşılaşıb.

Oyun yerli vaxtla saat 14:00-da Təbrizin “Bonyan Dizel” stadionunda baş tutub.

Gərgin keçən oyunda hesabı 36-cı dəqiqəd “Traxtur”un hücumçusu Məhəmməd Qənbəri açıb.

53-cü dəqiqədə forvard özünün və komandasının 2-ci qolunu vurub.

Oyun 2-0 hesabı ilə “Traxtur”in xeyrinə başa çatıb.

Bu qələbədən sonra “Traxtur” 22 xalla turnir cədvəlinin altıncı pilləsinə yüksəlib.

“İstiqlal” klubu isə ikinci pilləni itirədən 4-cü yerə düşüb.

Klubun aktivində  27 xalı var.

Related Articles

Bir cavab yazın

Back to top button