![](https://www.aznews.tv/wp-content/uploads/2021/12/00-10-c37-130.jpg)
Tehran şəhər polis idarəsinin rəisi Hüseyn Rəhimi deyib ki, artıq ictimai şəbəkələrdə də polislər var və onlar həmin şəbəkələrə nəzarət edəcəklər.
“Aznews tv” xəbər verir ki, o, habelə bildirib: “Kiber polislərimiz bu gündən etibarən sosial şəbəkələrdə tam gücü ilə nəzarətə başlayıblar. İctimai şəbəkələrdə fəal olan cinayətkarlar düşünməməlidirlər ki, orada nəzarət yoxdur”.