İran

Amerika və üç Avropa ölkəsinin xarici işlər nazirləri İranı müzakirə ediblər

"Aznews tv" verir ki, bu barədə Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays dekabrın 29-da verdiyi açıqlamada məlumat verib.

Amerika, Almaniya, Fransa və Britaniya xarici işlər nazirləri İran nüvə proqramının sürəti və Tehranın atom razılaşmasına qayıtması üçün zamanın qısa olmasına dair birgə narahatçılıqlarla bağlı danışıqlar aparıblar.

“Aznews tv” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays dekabrın 29-da verdiyi açıqlamada məlumat verib.

Məsələ ilə bağlı eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi də məlumat yayaraq, bu ölkənin xarici işlər naziri Annalena Baerbokun özünün amerikalı, britaniyalı və fransalı həmkarları ilə Vyana danışıqları barədə məsləhətləşmələr apardığını qeyd edib.

Müzakirə tərəflərinin İranın nüvə danışıqlarındakı istəklərinin qəbuledilməz olduğunu vurğulaması ilə yanaşı, Rusiyanın danışıqlardakı nümayəndəsi Mixail Ulyanov daha öncə danışıqların gedişatını müsbət adlandırıb.

Qeyd edək ki, danışıqların avropalı üzvləri daha öncə də İranın Vyana danışıqlarındakı təklif və istəklərinin öncəki razılaşmanın şərtlərinə tamamilə zidd olduğunu vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button