İran

Tehran “supermarket”lərinin yüzdə 20-i bahalığa görə bağlanıb

İranda böyük “supermarketlərin” yüzdə 15-20-si  ölkədə hökm sürən iqtisadi geriləmə və kəskin bahalıq üzündən ya müflis olaraq bağlanıb, ya da fəaliyyət növünü dəyişiblər.

Bu haqda Tehranın Supermarketlər və Proteinli Məhsullar Birliyi başqanı Səid Derəxşani verdiyi müsahibədə məlumat yayıb.

Onun sözlərinə görə, belə böyük mağazaların bağlanmasına əsasən malların qiymətlərinin bahalaşması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, satışın azlığı, vergilərin artırılması və yüksək icarə haqları səbəb olub.

Səid Derəxşani habelə bildirib ki, əgər ərzaq məhsullarının qiymətinin artması və bununla birlikdə alıcılıq qabiliyyətinin aşağı düşməsi davam edərsə, yaxın gələcəkdə daha çox “supermarket” bağlanacaq.

Bildirək ki, İranda bu qədər yoxsulluğun və ağır iqtisadi durumuna baxmayaraq, Tehran hökuməti ölkə əhalisinin pullarını öz siyasi iddiaları üçün xaricdə fəaliyyət göstərən teror qruplarına sərf edir. Bu yaxınlarda İran hakimiyyətinin Lubnanın “Hizbullah” teror təşkilatına “hədiyyə” etdiyi yanacaqla dolu tankerlər də bunun bir nümunəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button