İran

Tehran-Urmiya qatarı relsdən çıxıb

Güney Azərbaycan Dəmir Yolları İdarəsinin rəisi Məhəmmədrza Qurbani Tehran-Urmiya sərnişin qatarının relsdən çıxdığını açıqlayıb.

Güney Azərbaycan Dəmir Yolları İdarəsinin rəisi Məhəmmədrza Qurbani Tehran-Urmiya sərnişin qatarının relsdən çıxdığını açıqlayıb.

“Aznews tv” xəbər verir ki, bu barədə “İRNA” xəbər ajansı məlumat yayıb.

Məhəmmədrza Qurbani qəza haqqında deyib ki, Tehran-Urmiya qatarı Rəşkan yolunda hərəkətdə olarkən relsdən çıxıb, lakin sərnişinlərin səhhəti tam qaydasındadır.

“Rəşkan marşrutu ilə hərəkət edən qatar torpaq xəndəyin uçması səbəbindən relsdən çıxıb. Hadisə zamanı qatarda 115 sərnişin olub və bütün sərnişinlərin səhhəti qaydasındadır”, – deyə Qurbani əlavə edib.

Bəzi mətbuat orqanlarının yazdığına görə, qatar relsdən çıxdıqdan sonra təpəyə çırpılıb.

Qeyd edək ki, İranda dəmir yolları relsləri və qatarlar köhnə və baxımsız olduğundan tez-tez mediada bu cür qəza hadisələri haqqında xəbərlər yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button