İran

Tehranda 40 xanım tələbə təhsildən kənarlaşdırılıb

İranda etirazçı tələbələrə təzyiqlər davam edir. Tehran İncəsənət Universitetinin ən azı 40 xanım tələbəsinin ali məktəbə girişi qadağan edilib

Bu barədə İran Tələbə Həmkarlar İttifaqı Şuralarının yaydığı bəyanatda deyilir.

Məlumata görə, universitetinin evli tələbələr üçün nəzərdə tutulan yataqxanasında yaşayan 20 tələbənin də bir semestr müddətinə təhsili dayandırılıb.

Bəyanatda tələbələrə qarşı təzyiqlərin daha da gücləndiyi, onların təhsil hüquqlarının pozulması ilə bağlı hallarının artdığı qeyd edilib.

Məlumata görə, təhsildən uzaqlaşdırılan tələbələrə qarşı “Universitet işlərində qarışıqlıq və pozuntu yaratmaq” kimi saxta ittihamlar irəli sürülüb.

#Tehran

Related Articles

Bir cavab yazın

Back to top button