İran

“TEHRANDA BAŞ VERƏCƏK ZƏLZƏLƏ HƏR KƏSƏ TƏSİR EDƏCƏK”

Tehran ustandarı Ənuşirəvan Mohseni Bəndpe, “zəlzələ ilə bağlı vaxtında və kütləvi şəkildə lazımi tədbirlər görülməsə, bu hadisə hər kəsə təsir edəcək, yaşlı və cavan tanımayacaq. Zəlzələ heç bir şəkildə koronavirusa bənzəmir və onu hər hansı behdaşt protokolları ilə kontrolda saxlamaq və yayılmasının qarşısını almaq mümkün deyil. Zəlzələ xəbər etmir və əvvəlki əlamətləri da yoxdur”, – deyə bildirib. Onun sözlərinə görə, Tehranda çox sayda qosəllərin olduğunu nəzərə alaraq, hazırlıqlı olmaq və iş bölgüsünü qorumaq vacibdir.
Ustandar, “yeni qanunlara riayət etməklə yanaşı dəqiq vaxt və bərnamə ilə özümüzü zəlzələyə hazırlamalıyıq ki, təbii hadisə baş verərsə, qəfil yaxalanmayaq”, – deyə əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close