AzərbaycanDünyaİran

Tehranda ermənilər Azərbaycana qarşı aksiya keçirdilər

Tehranda ermənilər Azərbaycan Respublikasına qarşı aksiya keçiriblər.

َksiya iştirakçıları Tehranda erməni kilisəsi qarşısına toplaşaraq Azərvaycan Respublikasının Qarabağı mühasirədə saxladığını iddia edib və etiraz şüarları səsləndiriblər.

İran hökumətinin icazəsi ilə keçirilən aksiyada Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirilib, çıxışlar edilib.

Aksiyaya toplaşan ermənilər əllərində “NATO-nun Turan dəhlizinə yox”, “Artsaxın mühasirəsinə son verilsin”, “Bakının Qafqazdakı hegomonluğuna yox deyirik”, “Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir” və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Aksiyaçılar qarşısında çıxış edən məni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İranın bu məsələdəki mövqeyinə görə minnətdarlıqlarını bildriblər.

Related Articles

Bir cavab yazın

Back to top button