İran

Tehranda evlərin qiymətləri qalxıb

Son bir ildə Tehranda mənzillərin ortalama qiymətləri yüzdə 118-dən çox bahalaşıb.
Bu barədə İran Mərkəzi Bankının məlumatında deyilir. Belə ki, bu ilin novambrında Tehranda yaşayış sahələri alt quruluşunun bir metr mürəbbəsinin alqı-satqı qiymətində 2019-cu ilin eyni dövrü ilə müqayisədə yüzdə 118-dən çox artım görünüb.
Bankın raporuna əsasən, bu ilin novambrında yaşayış evlərinin bir metr mürəbbəsinin ortalama qiyməti 271.9 milyon rial olub.
Bildirilib ki, 2020-ci ilin novambrında Tehranda yaşayış binalarında alqı-satqı əməliyyatlarının sayı 4,5 min mənzilə çatıb. Bu da öncəki ayla müqayisədə yüzdə 48,4 azalma və öncəki ilin eyni dövrü ilə müqayisədə yüzdə 9,9 artım deməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button