İran

Tehranda iki nəfər quduzluqdan ölüb

İRNA: Tehran vilayətinin Məlard və Robat Kərim bölgələrinin rəsmiləri iki nəfərin it dişləməsi və quduzluqdan öldüyünü açıqlayıb.

İRNA: Tehran vilayətinin Məlard və Robat Kərim bölgələrinin rəsmiləri iki nəfərin it dişləməsi və quduzluqdan öldüyünü açıqlayıb.

“Aznews tv”ın xəbərinə görə, Tehran Baytarlıq İdarəsinin rəis müavini Mehdi Selukane bildirib ki, son 10 ayda dövlət və özəl sektor tərəfindən Tehranda itlərə 13.800 min dozadan çox quduzluq peyvəndi vurulub.

Məlumata görə, 2020-ci ildə İranda müvafiq rəsmi mərkəzlər tərəfindən 212.600-dən çox heyvan dişləməsi halları qeydə alınıb, qeyri-rəsmi rəqəmlər isə 253.000-dir. Ötən il ölkədə sözügedən mərkəzlərə müraciət edilməməsi səbəbindən quduzluq nəticəsində beş ölüm halı qeydə alınıb və hər il bu xəstəlikdən 10-a yaxın insan həyatını itirir.

Related Articles

Bir cavab yazın

Back to top button