İran

Tehranda işləyən uşaqların sayı 5 dəfə artaraq 10 mini keçib

İranın paytaxtı Tehranda işləyən uşaqların sayı son bir ildə 5 dəfə artaraq 10 min nəfəri keçib.

Bu barədə Tehran Bələdiyyəsinin Rifah, Xidmət və İctimai Təminat İdarəsinin rəisi məlumat verib.

Belə ki, paytaxtda ötən ilə qədər işləyən uşaqların sayı 2 min olsa da, hazırda bu rəqəm 10 mini ötüb.

O, əlavə edib ki, İran təqvimi ilə ötən il ərzində Tehranda (21 marta qədər) uyuşdurucu asılılığı olanların sayı isə 10 min nəfəri keçərək 23 minə çatıb.

Bundan başqa, sayları 1500- 2000 nəfər olan dilənçilərin sayı da qeyd edilən müddət ərzində kifayət qədər yüksəlib.

Related Articles

Bir cavab yazın

Back to top button