İran

Tehranda kirayə haqları yüzdə 50-100 bahalaşıb

İran Mərkəzi Bankının və Amar Mərkəzinin verdiyi rəqəmlər, Tehranda kirayə qiymətlərinin yüzdə 35, Tehran ətrafında və başqa şəhərlərdə isə yüzdə 39 artdığını göstərdiyi bir halda, İranın rəsmi saytlarının araşdırması göstərir ki, kirayə haqlarının gerçək artımı bu rəqəmdən ən azı iki dəfə çoxdur.

Son aylarda kirayə haqlarının əhəmiyyətli dərəcədə bahalaşmasına və Tehranda yüzdə 25, başqa şəhərlərdə isə yüzdə 15-20 artımına icazə verilməsinə əhəmiyyət verilməməsi ilə bağlı çoxsaylı bilgilər var.

Məlumata görə İran prezidenti İbrahim Rəisinin Yol və Şəhərsalma vəziri postuna önərdiyi Rüstəm Qaseminin tuitinə istinad edib. O bu haqda deyib: “ev sahəsində ilk addım olaraq zəif təbəqənin incə boğazından bıçağı götürməkdir”.

Raporda yer alan rəqəmlər, bazarın aşağı həddinin, özəlliklə zəngin və yarı varlı bölgələrdə kirayə haqlarının yüzdə 50-70, bəzən isə yüzdə 100 bahalaşdığını göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button