İran

Tehranda koronavirusun üçüncü dalğası başlayıb

Tehran şəhəri Koronavirusla Mübarizə Əməliyyat Qərargahının rəisi Əlirza Zali koronavirusun üçüncü dalğasının başladığını açıqlayıb.
O, bildirib ki, getdikcə yayılan mərizliyin kortrolda tutulması üçün Tehranda daha ciddi tədbirlər görülməlidir. Rəsmi məlumatlara əsasən, şəhərdə son 24 saatda 720 nəfər mərizxanalara yerləşdirilib. Onlardan 147-si ICU bölməsində müalicə alır. İranın Sağlıq Vəzirliyinin amarına əsasən, ölkədə COVID-19-a tutulanların ümumi sayı 410 334 nəfərə yüksəlib. Virus qurbanlarının sayı isə 23 632 nəfərdir.
Əlirza Zali vurğulayıb ki, son 3 həftədə ilk dəfə mərizxanalara yerləşdirilənlərin sayı 700-ü ötüb. “Bu göstərici Tehranda koronavirusun üçüncü dalğasının başladığını göstərir”, – deyə o, əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button