Dünya

Bayden və Makron arasında telefon danışığı olub

Amerika prezidenti Co Baydenin fransalı həmkarı Emmanuel Makronla janviyənin 24-də telefon danışığı baş tutub. Danışıq zamanı iki ölkənin İranın atom məsələsi ilə bağlı əməkdaşlıq etməsinə qərar verilib. Orta Şərqdə barış və sabitliyin yaradılması, Lubnandakı vəziyyətlə bağlı da əməkdaşlıq etmək üçün razılığa gəlinib. Qeyd edək ki, Fransanın Xarici İşlər vəziri Jean-Yves Le Drian daha öncə İranın atom silahı əldə edə biləcəyi barədə bildiriş edib. İranın atom proqramı ilə bağlı indiki vəziyyəti “olduqca təhlükəli” adlandırıb. “Times of Israel” qəzeti də Fransa və Amerika prezidentlərinin telefon danışığından bəhs edib. Qəzet Co Baydenin atom anlaşmasına qayıtmaq arzusunu dilə gətirməsindən yazıb. İsrail isə atom anlaşmasına İranın ballistik raket proqramına, terrorçuluğu dəstəkləməsinə, dünyada sabitliyi pozan fəaliyyətlərinə yeni məhdudiyyətlər qoyulması şərtilə qayıdılmasını istəyir.

Related Articles

Bir cavab yazın

Back to top button