İran

Tehranda Müctəba Xameneinin şəkilləri paylanılıb

Tehranda Əli Xameneinin oğlu Müctaba Xameneinin fotoları paylanılıb. Təhlilçilərin fikrincə, bu addım Əli Xameneinin varisinin rəsmi elan edilməsinə zəmin yaradır. İctimai şəbəkələrdə yayılan şəkillərdə Müctaba Xameneinin şəkili İran bayrağının önündə atasının əksi ilə yanaşı yerləşdirilib. Şəkillərin üzərində “Ləbbeyk ya Xamenei” və “Biz Xameneinin ailəsinin davamçılarıyıq” şüarları əks etdirilib. İranlı jurnalist Behnam Qulipur həmin fotoları tuiter səhifəsində paylaşaraq “bu gün Tehranın İnqilab meydanı yaxınlığında, həştəq #Müctaba_Xameneinin rəhbər olması üçün traketlər paylanılır və divarlara vurulur”, – cümləsini yazıb. Xatırladaq ki, “Financial Times” qəzeti ötən ilin janviyəsində “Xameneinin varisliyi uğrunda pərdə arxasında mübarizə” başlıqlı məqalə dərc edib. Yazıda Xameneidən sonra onun vəzifəsinə kimin təyin ediləcəyi və bu həssas durumda Qum şəhərində icrası gərəkən gedişatlar barədə məlumatlar yer alıb.

Related Articles

Bir cavab yazın

Back to top button