Azərbaycan

Ceyhun Bayramov Pakistanın prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər vəziri Ceyhun Bayramov Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. Vəzir Azərbaycanın bütün beynəlxalq toplantılarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini söyləyib. Pakistana Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib. Ceyhun Bayramov həm Pakistan, həm də Azərbaycanın ikitərəfli ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Prezident Arif Alvi Pakistanın Azərbaycanla ümumi inanc və mədəni ilgilərə əsaslanan münasibətlərini yüksək qiymətləndirdiyini də qeyd edib.
O, Azərbaycan hökumətini və xalqını Dağlıq Qarabağın azad edilməsi münasibətilə təbrik edib. Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib. Prezident Arif Alvi eləcə də ikitərəfli ticari ilgilərin artırılmasının, iki ölkə arasında mədəni və ticarət əməkdaşlığının daha da gəlişməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button