İran

Tehranda narazı avtobus sürücüləri polis idarələrinə çağırılıblar

"Tehran Bus" Şirkətinin Fəhlələrinin Həmkarlar İttifaqının onlarla üzvü polis tərəfindən təhdid edilərək idarələrə çağırılıb.

“Tehran Bus” Şirkətinin Fəhlələrinin Həmkarlar İttifaqının onlarla üzvü polis tərəfindən təhdid edilərək idarələrə çağırılıb.

“Aznews tv” xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Bildirilir ki, ötən iki ay ərzində əmniyət polisi və “Tehran Bus” Şirkətinin “Mühafizə” şöbəsi onlarla avtobus sürücüsü və Həmkarlar İttifaqının üzvünü keçirdikləri müxtəlif etiraz aksiyalarina görə zəng edərək təhdid edib.

Həmkarlar İttifaqı, üzvlərinə qarşı basqıları və təzyiqləri tənqid edərək kütləvi etirazın işçilərin təməl hüquqlarından biri olduğunu bildirib.

Qeyd edək ki, ötən aylarda ağır iqtisadi şərait səbəbindən İranda demək olar ki, bütün sahələrdə işçilər hər gün etiraz aksiyaları keçirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button