Azərbaycan

Ərdəbildə güclü qar ciddi fəsadlar törədib-Məktəblər bağlanıb

Ərdəbil əyalətində neçə gündür davam edən güclü qar yağışı və çovğun ciddi fəsadlar törədib.

Çox sayda kəndin yolu bağlanıb. Həmin bölgələrə ərzaq çatdırmaq yalnız hava yolu ilə mümkündür.

Ərdəbil əyalətinin Baş Təhsil İdarəsi yaydığı məlumatda hava şəraitini nəzərə alaraq yanvarın 24-də əksər bölgələrdə məktəblərin bağlandığını, dövlət idarələrinin hər gün işə iki saat gec başladıqlarını qeyd edib.

Bölgələrdən verilən məlumata görə, əyalətin cənub və mərkəzi bölgələrində durum daha ağırdır.

Əsas yolların çoxunda nəqliyyatın hərəkəti çətinləşib, bir sıra yerlərdə hərəkət tamamilə dayanıb.

Ərdəbil hava limanı yaxınlığında yolun buz bağlaması səbəbindən ağır yol qəzası baş verib. Zəncirvari qəzada 30 avtomobil və yük maşını toqquşub.

Bu barədə sosial media istifadəçiləri məlumat yayıb.

Qeyd edək ki, üç gün öncə Ərdəbil yalətinin valisi Seyid Hamid Amili əyalət yollarını açmaq üçün lazimi texnikaların olmadığını demişdi.

Ərdəbil şəhərinin bələdiyyə başçısı Mahmud Səfəri şəhər əhalisinin suallarına cavab olaraq bildirib ki, əldə olan texnikalarla şəhərin qardan təmizlənməsi üçün 500 gün vaxt lazımdır.

Related Articles

Bir cavab yazın

Back to top button